xebermen.az

Növbəti genişmiqyaslı zərbələr dalğası - İranın hərbi infrastrukturu vuruldu

Bu gün, 09:30

 

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın müvafiq əmrinə əsasən, İrana qarşı icra olunan növbəti genişmiqyaslı zərbələr dalğasının yekunlaşdığını elan edib.

Artıq səkkizinci gecədir ki, davam edən hərbi əməliyyatlar zamanı Amerika hərbi birləşmələri İranın sahil nəzarət-müşahidə məntəqələri, hava hücumundan müdafiə sistemləri və dəniz infrastrukturunu hədəf alıb. Bununla yanaşı, raketlərin və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar da məhv edilib.

Komandanlıq rəsmiləri bildirirlər ki, bu strateji hücumlar İranın hərbi imkanlarını sistemli şəkildə neytrallaşdırmaq və zəiflətmək məqsədi daşıyır.

Əməliyyatların digər mühüm istiqaməti kimi, iyulun 17-də İordaniyada ABŞ hərbçilərinə qarşı təşkil edilən hücumda birbaşa rolu olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinə sarsıdıcı zərbələr endirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031