xebermen.az

Ukrayna Rusiyaya qarşı “ikinci cəbhə”ni açır - Fransa dəstək verir

Dünən, 12:57

 

Ukrayna və Fransadan olan mütəxəssislər Afrikada əməliyyatlar planlaşdırırlar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Afrika Dövlətləri Departamentinin direktoru Anatoli Başkin TASS agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, söhbət təkcə kəşfiyyat məlumatlarının ötürülməsindən deyil, həm də planlaşdırma prosesinin özündən gedir.

Başkin əlavə edib ki, bu mütəxəssislər əməliyyatların planlaşdırılması zamanı döyüş silahlarının istifadəsində fəal iştirak edirlər.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin bildirib ki, afrikalı döyüşçülər Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının, məsələn, “Baba Yaga” dronlarının yeni modellərini əldə ediblər.

İyulun 17-də Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko bildirmişdi ki, ukraynalı muzdlular Afrikada Rusiyaya qarşı "ikinci cəbhə" yaratmağa çalışırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031