xebermen.az

Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış

Dünən, 13:03

 

Hərbi xidmətdən boyun qaçıranlar səsvermə hüququndan məhrum edilməlidirlər.

Belə təşəbbüslə ukraynalı publisist və siyasi xadim Anatoli Yakimenko “ProUA” kanalında çıxışında bildirb.

O qeyd edib ki, ölkə Silahlı Qüvvələrin könüllü şəkildə cəlb edilməsi potensialını tükəndirib, buna görə də fəlsəfədə dəyişiklik etmək və əhalini öhdəlikləri olanlara və olmayanlara bölmək lazımdır.

Yakimenkonun sözlərinə görə, dövlət orduya könüllü qoşulmaq istəməyənləri məcbur edir və belə bir məcburiyyət olmadığı təqdirdə onlara müəyyən hüquqlarına məhdudiyyətlər qoyaraq alternativ xidmət yerləri təklif edir.

"Belə bir məcburiyyət olmadığı təqdirdə cəza nədir? Səsvermə hüququnun itirilməsi, dövlət qulluğunda karyeranın itirilməsi və sair. Beləliklə, əgər dindar və ya başqa birisinizsə və silah götürmək istəmirsinizsə, problem deyil, get sursat fabrikində işlə. Amma seçkilərdə iştirak etmirsiniz, səs vermirsiniz, amma yenə də vergi ödəyirsiniz", - deyə ekspert hesab edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031