xebermen.az

İzmit bələdiyyəsində əməliyyat: Sədr və həyat yoldaşı saxlanıldı

Dünən, 12:59

 

Türkiyədə İzmit bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində 5 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı əməliyyatda İzmit bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyet və onun həyat yoldaşı Murat Hürriyet də daxil olmaqla 31 şübhəli barəsində saxlanılma qərarı verilib.

Onlara qarşı “cinayət törətmək məqsədilə təşkilat yaratmaq”, “rüşvət” və “tenderə müdaxilə etmək” ittihamları irəli sürülüb.

İstintaq çərçivəsində İzmit bələdiyyəsində və bələdiyyə sədrinin evində axtarış aparılıb. Araşdırmalarda bəzi tenderlərin bələdiyyə rəsmilərinin qohumlarına verildiyi, şirkətlərdən komissiya alındığı və Murat Hürriyetin tenderlərə, işə qəbul proseslərinə və vəzifə təyinatlarına birbaşa təsir göstərdiyi iddia olunub.

Əməliyyat zamanı 28 şübhəli saxlanılıb. Digər şübhəlilərin yaxalanması istiqamətində əməliyyatlar davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031