xebermen.az

Dünyanın ən məşhur narkobaronlarından biri ömürlük həbs edildi

Bu gün, 11:08

 

ABŞ-nin Nyu-York şəhərində yerləşən federal məhkəmə "Sinaloa" narkokartelinin lideri İsmayıl Sambada Qarsiyanı, daha çox tanındığı ləqəblə "El Mayo"nu ömürlük həbs cəzasına məhkum edib.

Bu barədə Nyu-York ştatının Cənub Dairəsi üzrə federal prokuroru Cozef Nosella jurnalistlərə açıqlama verib.

"İsmayıl Sambada Qarsiya, həmçinin "El Mayo" kimi tanınan şəxs ömürlük həbs cəzasına məhkum edilib", - deyə prokuror Bruklindəki məhkəmə binasının qarşısında bildirib.

Cozef Nosella Sambadanı "bu əsrin ən böyük narkotik alverçilərindən biri" adlandırıb.

Prokurorun sözlərinə görə, ailəsi və xarici aləmlə əlaqə saxlamadan ömürlük həbsdə qalması "El Mayo"nun saysız-hesabsız qurbanlara vurduğu zərərin ağırlığına uyğun cəzadır.

Xatırladaq ki, İsmayıl Sambada Qarsiya 2024-cü ildə ABŞ-Meksika sərhədində, Texas ştatının El-Paso şəhərində yerləşən hava limanında saxlanılıb.

O, qətl, narkotik ticarəti, çirkli pulların yuyulması və digər ağır cinayətlərdə ittiham olunurdu.

Qeyd edək ki, ötən ilin avqustunda "El Mayo" cinayətkar qruplaşmaya rəhbərlik etdiyini etiraf etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031