xebermen.az

Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

Bu gün, 11:02

 

Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə yeni layihəyə start verilib. Layihə çərçivəsində təcili tibbi yardım xidmətində motosikletlərdən istifadə olunacaq.

Dünyanın bir sıra ölkələrində tətbiq edilən bu model paytaxtda da təcili tibbi yardım briqadalarının hadisə yerinə daha qısa müddətdə çatmasına imkan yaradacaq.

Yeni sistemə əsasən, motosikletlə hərəkət edən tibb işçisi hadisə yerinə ənənəvi ambulansdan daha tez çataraq xəstəyə ilkin tibbi yardımı göstərəcək və zəruri hallarda vəziyyəti stabilləşdirən müdaxilələri həyata keçirəcək. Bu isə xüsusilə həyati təhlükə yaradan hallarda vaxt itkisinin minimuma endirilməsinə xidmət edəcək.

Son illər Bakıda nəqliyyat sıxlığının artması fonunda motosikletlə təcili tibbi yardım xidmətinin daha səmərəli fəaliyyət göstərəcəyi gözlənilir. Çünki motosikletlər sıx şəhər trafikində maneələri daha çevik keçərək hadisə yerinə qısa zamanda çata bilir.

Məlumata görə, xidmətə cəlb ediləcək motosikletlər avtomatik xarici defibrilyator, oksigen balonu, travma çantası, reanimasiya avadanlıqları və təcili tibbi yardım üçün zəruri dərman preparatları ilə təchiz ediləcək.

Medial

Medial






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031