xebermen.az

Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!

18-07-2026, 17:04

 

Çeçenistan lideri Ramzan Kadırov Ukrayna mövzusu ilə bağlı növbəti dəfə diqqət çəkən bəyanat verib.

O, "Telegram" kanalında paylaşım edərək deyib ki, Ukraynaya silah və kəşfiyyat məlumatları ilə yardım göstərən ölkələrə qarşı da hücumlar təşkil olunmalı, onlara "atəş açılmalıdır".

"NATO abreviaturasının arxasında gizlənərək utanmadan, açıq və inadkarlıqla Ukrayna faşistlərinə silah, kəşfiyyat və digər dəstək verən ölkələrdən başlamaq pis olmazdı. Atəş açmağın vaxtıdır!",- Kadırov çağırışında deyib.

Onun sözlərinə görə, Ukraynanın NATO tərəfdarları yalnız güc dilini başa düşürlər: "Onlar trotilin qoxusunu hiss edən, "Kalaşnikov"un gurultusunu və "T-90"ın ​​səsini eşidən kimi hər şeyi başa düşəcək və həqiqətə doğru gələcəklər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930