İran: Azərbaycanla siyasi və iqtisadi münasibətlərin gücləndirilməsi zəruridir
İranın xarici işlər naziri Abbas Əraqçi bu ölkənin Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə Azərbaycanla münasibətlərin perspektivi barədə danışıb.
Bu barədə Abbas Əraqçinin "Telegram" kanalında məlumat paylaşılıb.
Bildirilib ki, səfir A. Əraqçini ikitərəfli münasibətlərin son vəziyyəti barədə məlumatlandırıb.
İran XİN-in rəhbəri yaxşı qonşuluq siyasətinin daha təsirli şəkildə irəlilə çəkilməsi üçün Azərbaycanla iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə münasibətlərin davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi zərurətini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: