xebermen.az

Rusiyanın bu iki şəhərində silsilə partlayışlar oldu: Nə baş verir?

31-10-2025, 10:18

 

Rusiyanın iki şəhərində - Yaroslavl və Vladimirdə 10-a yaxın partlayış səsi eşidilib.


Bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.


Hadisə şahidlərinin sözlərinə görə, Yaroslavlın şimalında silsilə partlayışlar baş verib. Yerli sakinlər səmada mühərrikin səsini eşidiblər. Vladimir sakinləri də səmada partlayışlar və parıltılar olduğunu bildiriblər. Şəhərlərdə hava hücumundan müdafiə sistemləri ilkin olaraq hazır vəziyyətə gətirilib.


Daha əvvəl bildirilmişdi ki, hava hücumundan müdafiə qüvvələri Rusiyanın üç şəhərində: Vladimir, Yaroslavl və Voronejdə pilotsuz uçuş aparatlarını (PUA) vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031