xebermen.az

Rusiyada ticarət mərkəzində atışma: YARALILAR VAR

2-03-2025, 21:36

 

Moskva vilayətinin Mıtişi şəhərindəki “Krasnıy Kit” ticarət mərkəzində atışma baş verib.

Bu barədə "Life SHOT" məlumat yayıb.

İlkin məlumata görə, ziyarətçilərdən biri ticarət mərkəzinin 3-cü mərtəbəsində təhlükəsizlik işçiləri ilə mübahisə edib və daha sonra oradan travmatik tapança çıxarıb.

Şahidlər altı atəş səsi eşidiblər. Qida sektorundakı müştərilər arxa çıxışdan sürətlə binanı tərk ediblər.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə İdarəsindən verilən məlumata görə, polis atəş açan şəxsi saxlayıb.

İdarədən bildiriblər ki, polislər Şarapovski proezdindəki ticarət mərkəzlərindən birində atışma səslərinə bənzər səslər barədə növbətçi məntəqəyə məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə gəliblər. Hadisə nəticəsində 3 nəfər bədən xəsarətləri alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30