xebermen.az

Ukrayna Moskvanı vurdu: Bir müəssisədə 10 partlayış

7-07-2025, 10:59

 

Ukrayna ötən gecə Rusiyanın regionlarına növbəti hücumu həyata keçirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva vilayəti də vurulub. Moskvada 8 pilotsuz uçan aparat məhv edilib.

SHOT Telegram kanalının məlumatına görə, Sergiev Posad və Krasnozavodsk sakinləri uçan PUA-ların səslərini eşidiblər. Bundan sonra bir neçə partlayış səsi gəlib.

Şahidlər təyyarə tipli dronların aşağı hündürlükdə uçduğunu qeyd ediblər. Müəssisələrdən birinin ərazisində təxminən on partlayışın baş verdiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031