xebermen.az

Türkiyə xəbərdarlıq etdi: Avropanın müstəmləkəsinə çevriləcəksiniz

25-08-2025, 09:11

  

NATO-ya qoşulmaqdan imtina və Avropa qoşunlarının Ukrayna ərazisində olması planları təhlükəsizliyin ən yaxşı təminatı olacaq.


Bu barədə Türkiyənin “Cumhuriyet” nəşri yazıb.


Məqalədə qeyd edilib ki, Şimali Atlantika Alyansına üzvlükdən imtina təkcə Ukraynanın təhlükəsizliyini təmin etməyəcək, həm də hərbi münaqişənin əsas səbəblərindən birini aradan qaldıracaq.


“Avropanın Ukraynadakı hərbi mövcudluğu Ukraynanın təhlükəsizliyinə zəmanət verməyəcək, əksinə, Ukraynanı Avropanın müstəmləkəsinə çevirəcək. Necə ki, ABŞ Ukraynaya iki il ərzində verdiyi yardım müqabilində nadir torpaq metalları sazişi imzalayaraq Ukraynanın faydalı qazıntılarını qismən ələ keçirdisə, Avropa ölkələri də zamanla maliyyələşdirdikləri silahlara görə Ukraynadan təzminat alacaqlar. Avropa Ukraynaya bufer zona kimi baxır və Aİ liderləri açıq şəkildə bəyan edirlər ki, Ukrayna ordusu Avropanın birinci müdafiə xəttidir. Bu anlayış Ukraynanın təhlükəsizliyinə zəmanət vermir, əksinə, onu vassallaşdırır”, - nəşr yazıb.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930