xebermen.az

Rusiya-Ukrayna sərhədində bufer zona yaradılacaq

22-05-2025, 22:29


Rusiya və Ukrayna sərhədində təhlükəsizlik bufer zonası yaradılacaq.

Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

Onun sözlərinə görə, rus qoşunları artıq bu problemi həll edir.

“Silahlı Qüvvələrimiz hazırda bu problemi həll edir, düşmənin atəş nöqtələrini fəal şəkildə sıxışdırır, iş gedir”, - Putin hökumət üzvləri ilə görüşündə deyib.

Qeyd edək ki, bufer zona bir ərazini digərindən ayırmaq üçün yaradılan ərazidir. Onlar ilk növbədə beynəlxalq münasibətlərdə münaqişə tərəfləri arasında gərginliyi azaltmaq və birbaşa toqquşma riskini minimuma endirmək üçün istifadə olunur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930