xebermen.az

Olmayan trilyonlar: ABŞ Ukraynadan görün nə tələb edir - Şok faktlar üzə çıxdı

21-02-2025, 19:50

 

Mineral ehtiyatlar üzrə saziş layihəsində ABŞ Ukraynadan mühüm infrastrukturu onlara təhvil verməyi tələb edib.

Bunu Ukrayna Ali Radasının deputatı Oleksey Qonçarenko özünün "Telegram" kanalında deyib.

“Amma məlum olanda ki, nadir torpaq metalları və faydalı qazıntılarımız böyük miqdarda yoxdur, onlar bizdən faktiki olanı tələb etdilər”, - deyə deputat yazıb.

O əlavə edib ki, söhbət qaz nəqli sistemindən və atom elektrik stansiyalarından gedir.

Deputatın sözlərinə görə, bundan sonra Vladimir Zelenski şərtlər qoymağa başlayıb ki, bu da Kiyev və Vaşinqton arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə və ictimaiyyətin qarşılıqlı qınaqlarına səbəb olub.

Qonçarenko vurğulayıb ki, Zelenski özü bu ideyanı Trampa “satmaq” qərarına gələnə qədər ABŞ-da nadir torpaq metalları haqqında ümumiyyətlə heç bir söhbət olmayıb.

"Bizdə olmayan trilyonlardan danışmağa ehtiyac yox idi. Bu, yalandır", - ukraynalı deputat deyib.

O əlavə edib ki, indi təkcə Ukrayna xalqının deyil, həm də milyonlarla insanın həyatı təhlükə altındadır.

"Bu, vəhşilikdir", - deyə Qonçarenko fikrini yekunlaşdırıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30