xebermen.az

Ermənistan Rusiyanı Azərbaycanla sərhədə niyə buraxmır? - Cavab belə oldu

Dünən, 13:05

 

Ermənistan tərəfi hələ də Rusiyanın Ermənistanda baş konsulluğunun açılmasının ləngiməsinin səbəblərini açıqlamır.

Bunu “Sputnik Ermənistan”ın yazılı sorğusuna Respublika Xarici İşlər Nazirliyinin cavabı sübut edir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə vurğulamışdı ki, Moskvanı Sünik vilayətində Baş Konsulluğun işinə tez bir zamanda başlamasının zəruriliyinə inandırmağa ehtiyac yoxdur. Onun sözlərinə görə, gecikmənin səbəbləri ilə bağlı sualı Ermənistan tərəfinə ünvanlamaq lazımdır.

“Sputnik Ermənistan” Ermənistanın baş nazirinə müvafiq sorğu göndərərək prosesin hansı mərhələdə olduğunu, konsulluğun niyə hələ də açılmadığını və ləngimənin nədən ibarət olduğunu soruşub. Cavab Xarici İşlər Nazirliyindən gəlib.

"Sizə bildiririk ki, qaldırılan məsələlərlə bağlı hadisələr inkişaf edərsə, ictimaiyyətə məlumat veriləcək", - Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi cavabında deyilir.

Qeyd edək ki, Ermənistan İran və Fransaya Azərbaycanla sərhəddə baş konsulluq açmağa şərait yaradıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30