xebermen.az

Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?

4-06-2025, 09:51

 

2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi yerinə yetirilib.

Bu barədə “Sputnik Ermənistan”a Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən yazılı sorğuya cavab olaraq məlumat verilib.

"Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici dövlətlərin rəsmiləri olub", - idarədən bildiriblər.

Nazirlik qeyd edib ki, əlavə məlumatı yoxdur, çünki dövlət reyslərinin həyata keçirilməsinə icazə Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilir.

Əvvəllər bildirilmişdi ki, 2020-ci ildən etibarən İrəvan-Bakı-İrəvan marşrutu üzrə aviadaşımalar yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrut açılandan indiyədək 68 belə uçuş həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930