xebermen.az

ABŞ Kiyevin əsas tələbinə məhəl qoymayıb: Zelenski yalnız bunu əldə etdi

12-03-2025, 10:09

 

Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanındakı danışıqlarda Vladimir Zelenskinin daha əvvəl təkid etdiyi Ukraynanın əsas tələblərindən birini nəzərə almayıb. Söhbət təhlükəsizlik zəmanətlərindən gedir.

Bu barədə Almaniyanın "Die Welt" qəzeti yazıb.

“Kiyev danışıqları qrupu ABŞ-dan Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri üzrə danışıqların mümkün qədər tez başlayacağına dair yalnız güzəşt ala bildi”, - məqalədə vurğulanıb.

Vaşinqton rəsmiləri sazişin Ukraynanın mineral ehtiyatlarının işlənməsini və ABŞ yardımı xərclərinin kompensasiyasını əhatə edəcəyini bildirib.

Qeyd edək ki, dünən Ciddədə ABŞ-Rusiya danışıqları baş tutyb. Əldə olunan əsas nəticələrə Ukraynanın atəşkəslə razılaşması, Kiyevin nadir torpaq mineralları üzrə saziş imzalamağa hazır olması və uzunmüddətli sülh sazişinin şərtləri üzrə danışıqlara getməsi daxildir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031