xebermen.az

Tramp MÜJDƏ VERDİ - Ukraynadakı münaqişəyə bu tarixdə son qoyulur

23-02-2025, 09:59

 

"ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sona çatması ilə bağlı razılaşmanın artıq bu həftə əldə olunacağına qəti əmindir".

Bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.

"ABC News" qeyd edib ki, ona ABŞ və Rusiya liderləri arasında görüşün nə vaxt keçirilə biləcəyi ilə bağlı sual verilib. Buna cavab olaraq Levitt deyib ki, onun deməyə sözü yoxdur, lakin ABŞ prezidenti əmindir ki, o, Rusiya və Ukrayna arasında hərbi əməliyyatları dayandırmaq üçün artıq bu həftə razılaşma əldə edəcək.

Siyasətçilərin görüşünə hazırlıq gedir. Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Sergey Ryabkov qeyd edib ki, sammitdən əvvəl Rusiya və Amerika tərəfləri ekspertlər səviyyəsində görüş keçirəcək. Əsas məqsəd Rusiya ilə ABŞ arasındakı münasibətlərdə “bütün qıcıqlandırıcı bloku” müzakirə etməkdir.

Tərəflər arasında dialoq iki mövzu ətrafında qurulub: Ukrayna münaqişəsi və ikitərəfli münasibətlər.

Rusiyada ikinci bənd prioritet hesab olunur. ABŞ-da isə Vladimir Putinlə Donald Trampın görüşünün Ukrayna münaqişəsi üzrə danışıqlarda əldə ediləcək irəliləyişdən asılı olduğunu qeyd ediblər.

Kreml bildirib ki, sözügedən görüşə qədər iki lider arasında başqa təmaslar planlaşdırılmır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930