xebermen.az

ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...

22-02-2025, 11:14

 

Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib ki, “bütün qıcıqlandırıcı məsələlərin” təfərrüatı ilə həll edilməsi üçün Amerika tərəfi ilə hərtərəfli məsləhətləşmələr aparmaq barədə prinsipial razılıq əldə olunub.

Ryabkov “RİA Novosti”yə müsahibəsində qeyd edib ki, Rusiya artıq amerikalılara bu işə mümkün qədər tez başlamağa hazır olduğunu təsdiqləyib.

Ryabkov izah edib ki, yaxın iki həftə ərzində əvvəlcə müvafiq idarələrin rəhbərləri arasında məsləhətləşmələr aparılacaq, sonra isə müavinlər səviyyəsində raund keçiriləcək.

Görüş üçüncü ölkədə baş tutacaq, konkret yer hazırda razılaşdırılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930