xebermen.az

Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...

24-01-2025, 21:41

 

“Meta” şirkəti bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq.

Bu barədə şirkətin baş icraçı direktoru Mark Zukerberq sosial şəbəkədə məlumat paylaşıb.

O, 2025-ci ilin süni intellekt sahəsində həlledici il olacağını bildirib. M.Zukerberq əlavə edib ki, süni intellekt sahəsində çalışacaq qrupların sayı da əhəmiyyətli dərəcədə artacaq.

Şirkət rəhbərinin sözlərinə görə, 2025-ci ildə “Meta” süni intellekt sahəsində 1 milyarddan çox insana xidmət göstərəcək və “Llama 4” qabaqcıl müasir modelə çevriləcək.

Zukerberq bildirib ki, “Meta” bu ideyaları reallaşdırmaq üçün böyük, 2 gigavatlıq data mərkəzi qurur.

Xatırladaq ki, and içdikdən dərhal sonra ABŞ-ın yeni prezidenti Donald Tramp ölkədə süni intellekt infrastrukturunun qurulması üçün özəl sektora 500 milyard dollar investisiya yatırılacağını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031