xebermen.az

Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları "WhatsApp" mesajlarını izləyir

12-01-2025, 13:28

 

"Apple"ın son əhəmiyyətli yeniliyi Stiv Cobsun təqdim etdiyi "iPhone" olub.

Bu barədə "Facebook" sosial şəbəkəsi və "WhatsApp" mesencerinin sahibi olan "Meta" şirkətinin rəhbəri Mark Zukerberq Co Roqanın podkastında deyib.

Söhbət zamanı Roqan bir şirkətdən asılı olmaq istəmədiyi üçün "iPhone"dan "Android"ə keçdiyini söyləyib.

Zukerberq "Apple"ın qaydalarının digər istehsalçılar üçün maneələr yaratdığı ilə razılaşıb. O qeyd edib ki, qapalı ekosistem xüsusilə "AirPods" kimi məhsullarda rəqabəti məhdudlaşdırır və istifadəçiləri daha da yaxşı cihazlardan məhrum edir.

O, həmçinin "Apple"ın öz ekosistemi ilə bağlı siyasətini tənqid edib.

Podkast zamanı Zukerberq sosial şəbəkələrə senzura tətbiq edən, hətta memlərin silinməsini tələb edən Bayden administrasiyasının hərəkətlərindən narazılığını bildirib və kəşfiyyat orqanlarının "WhatsApp" istifadəçilərinin mesajlarını oxuduğunu etiraf edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930