xebermen.az

Tramp Qrenlandiyanı buna görə işğal etmək istəyir - Sensasion İDDİA

9-01-2025, 10:05

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinə güclü siqnal göndərmək üçün Qrenlandiya üzərində nəzarəti ələ keçirmək istəyir.

Bu barədə “The New York Post” mənbəyə istinadən məlumat yayıb.

“Pekinə güclü, yaxşı düşünülmüş mesaj göndərir. Təkcə danışıq yox, fəaliyyət də lazımdır”, – nəşr yazır. Nəşrin həmsöhbətinin sözlərinə görə, siyasətçi “Tramp doktrinasının əsasını” qoyur.

Atlantik Şuranın qeyri-ştat tədqiqatçısı Aleks Plitsasın fikrincə isə Trampın Qrenlandiyanı almaqda maraqlı olması iki səbəblə izah oluna bilər.

“Birincisi, adada "kritik müdafiə və elektronika istehsalı" üçün zəruri olan nadir torpaq elementlərinin böyük yataqlarının olmasıdır.

İkincisi, Qrenlandiyanın Arktikaya qanuni olaraq böyük iddiası var və bu, ABŞ-a gəmiçilik və resurslar üçün artan rəqabət qarşısında daha güclü mövqe verəcək", - deyə Plitsas izah edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930