xebermen.az

Bu jurnalistlərin qazancı ARTACAQ

16-12-2024, 16:02

 

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək. 

Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azad ediləcək.

Milli.Az xəbər verir ki, bu qərar bəzi jurnalistlərin maliyyə vəziyyətini yaxşılaşdıracaq və onların qazancını artıracaq. Təklif edilən dəyişiklik xüsusilə VÖEN-lə fəaliyyət göstərən jurnalistlərə aiddir və onların əldə etdikləri gəlirlərin əhəmiyyətli bir hissəsini vergidən azad etməyə imkan verəcək. Bu isə jurnalistlərin iş şəraitini yaxşılaşdırmağa və fəaliyyətlərini daha effektiv şəkildə davam etdirməyə şərait yaradacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930