xebermen.az

Xankəndidə ilk dəfə qəbul imtahanı keçirilib - FOTOLAR

25-05-2025, 17:41

Mayın 25-i Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilən şəhərlərdən biri də Xankəndi şəhəridir.Xankəndi şəhərində keçirilən imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır.İmtahan Qarabağ Universitetində keçirilir.Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edirlər.Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verirlər.

İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulub.

Həmin abituriyentlərdən 23-ü oğlan, 28-i isə qızdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30