xebermen.az

Leyla Əliyeva Nayrobi məktəbi və tibb mərkəzində olub

21-12-2024, 21:56

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 21-də Nayrobi şəhərində bu ölkənin ən qədim təhsil ocaqlarından olan Nayrobi tam orta məktəbinə baş çəkib.

Məktəbdə Fondun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində avadanlıqlarla təchiz edilmiş laboratoriya və kompyuter sinfinin açılışı olub.  

Daha sonra Leyla Əliyeva Nayrobi şəhərindəki Kangemi Tibb Mərkəzinə gəlib. Mərkəzin yeni doğulan uşaqlar üçün bölməsi ilə tanışlıq olub. Heydər Əliyev Fondu tərəfindən Tibb Mərkəzinə küveyzlər, eləcə də analara Yeni İl münasibətilə hədiyyələr təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930