xebermen.az

Ermənistan RAZILIQ VERDİ - Bu baş verərsə, Azərbaycanla sərhədə...

19-12-2024, 23:05

 

Ermənistan delimitasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü dövlətlərin qüvvələrini yerləşdirməməyə hazırdır.

Bunu ölkənin baş naziri Nikol Paşinyan “Armenpress” agentliyinə müsahibəsində deyib .

“Biz təklif edirik ki, üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə erləşdirilməməsi haqqında əsasnamə genişləndirilsin və bu məntiqlidir. Çünki bu ərazilərdə eskalasiya riski delimitasiya hesabına əhəmiyyətli dərəcədə azalır, ən azı minimuma endirilir", - Paşinyan bildirib.

Martın 20-də Ermənistan parlamenti ölkə ilə Avropa İttifaqı arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Yerevan və Aİ arasında müvafiq saziş 2023-cü ilin noyabrında imzalanıb.

Bundan əvvəl Avropa Parlamenti Ermənistanla əlaqələrin gücləndirilməsi ilə bağlı qətnamə qəbul edib və ölkəyə Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi təklifini öyrənməyə çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30