xebermen.az

“Erməni soyqırımı”nı yalnız bu 2 müsəlman ölkəsi tanıyıb

16-12-2024, 21:19

 

2020-ci ilin fevralında Suriya parlamenti qondarma "erməni genosidi"ni tanıdı. O vaxt Türkiyə ilə Suriya arasında münasibətlər son dərəcə gərgin idi.

Bu barədə məlumatı Avropada yaşayan jurnalist Elbəyi Həsənli xatırladıb.

"2000-ci ilin mayında isə Livan qondarma "erməni soyqırımı"nı tanıyan ilk müsəlman-ərəb dövləti kimi tarixə keçmişdi. Xatırladım ki, 1982-ci ildə yaranmış "Hizbullah" şiə hərəkatı bu məsələdə ermənilərə dəstək vermişdi.

Beləliklə, qondarma "erməni soyqırımı"nı iki müsəlman ölkəsi tanıyıb. Onların hər ikisi İran molla rejiminin xeyir-duası ilə bu addımı atıb. Yəni İran özü bunu birbaşa edə bilməsə də, Livan və Suriya kimi vassal ölkələrin əli ilə Türkiyəyə və Azərbaycana belə bir pislik edib və islam dünyasında antitürk cəbhəsi yaratmağa çalışıb", - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031