xebermen.az

Danışıqlar başladı - Qrenlandiyaya qoşun yeridilə bilər

11-01-2026, 10:59

 

Britaniya hökuməti digər Avropa ölkələri ilə Qrenlandiyaya qoşun göndərmək imkanını müzakirə edir.


Bu barədə "The Sunday Telegraph" qəzeti məlumat yayıb.


"Bölgədə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı NATO ilə danışıqlar davam edir. Böyük Britaniya Arktikanı çəkindirmə və müdafiəni təmin etmək üçün NATO müttəfiqləri ilə əməkdaşlıq edir", - mənbə bildirib.


Britaniya ümid edir ki, adada hərbi mövcudluğun artırılması ABŞ Prezidenti Donald Trampı Qrenlandiyanın ilhaq edilməsi ideyasından imtina etməyə inandıracaq.


Yanvarın 10-da Qrenlandiyanın beş siyasi partiyasının liderləri ABŞ Prezidenti Donald Trampın adanın ilhaqına dair çağırışlarına cavab olaraq birgə bəyanat yayıblar .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930