xebermen.az

Suriyadan sonra Zəngəzur... - İrəvanda qorxu var, hədəfdə Ermənistandır

5-12-2024, 09:26

Suriyada baş verənlər, xüsusilə İranın mövqelərinin zəifləməsi, əvəzində Türkiyənin güclənməsi Ermənistanda qorxu yaradır.

Erməni siyasi ekspert cameəsi Türkiyənin növbəti hədəfinin Zəngəzur dəhlizi olacağını iddia edir.

Erməni türkoloq Mher Abramyan iddia edir ki, Türkiyı Suriyadakı məqsədinə çatarsa, bütün qüvvələrini Sünik üzərindən dəhliz (Zəngəzur dəhlizi) açmağa yönəldəcək.

“Türkiyənin planında növbəti addım Zəngəzur dəhlizi layihəsinin reallaşmasıdır. Mümkündür ki, Türkiyə Suriyadakı prosesləri yekunlaşdırdıqdan sonra istənilən yolla Zəngəzur dəhlizini açmağa çalışacaq. Müxtəlif yollara əl atıla bilər. Türkiyənin Ermənistanı hədəfə götürməsini əsaslandıracaq birdən çox səbəb tapa bilərlər”, - erməni ekspert iddia edib.

Qeyd edək ki, erməniləri xüsusilə İranın mövqelərinin zəiflməsi narahat edir. Çünki zəifləyən İran Zəngəzur dəhlizi layihəsinə qarşı mövqeyini dəyişə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30