xebermen.az

Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev

26-11-2024, 09:16

 

Hazırda konfiqurasiya dəyişir, Bayden Ağ Evi tərk etməyə hazırlaşır və bu, həm də Avropa və ABŞ-ın Cənubi Qafqaz siyasətində qeyri-müəyyənlik deməkdir.

Bu sözləri rusiyalı politoloq Andrey Areşev erməni mediasına geniş müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında Qərb vasitəçi ola bilməz, çünki bu, Azərbaycanın qırmızı xəttinə çevrilib:

“Ermənistan da Rusiyanın vasitəçiliyinə razı olmaya bilər ki, bu da birbaşa, “şahidlər olmadan” danışıqlar aparmaq istəyən Azərbaycanın maraqlarına uyğun olacaq. Bununla belə, indiki məqamda hesab edirəm ki, Azərbaycan hər iki variantı nəzərdən keçirir: birbaşa danışıqlar və ya Rusiyanın vasitəçiliyi. Bu, o deməkdir ki, 9/10 noyabr bəyanatının tam şəkildə həyata keçirilməsi zərurəti (xüsusilə Zəngəzur dəhlizi məsələsi – red.) müzakirə olunacaq”.

Areşevin fikrincə, İrəvan-Bakı münasibətlərindəki hazırkı ab-hava müsbət deyil:

“Məncə, gələn il başlayacaq danışıqlar kifayət qədər çətin olacaq. Düşünürəm ki, Qərbin Ermənistana diqqəti xeyli zəifləyəcək və bunun öz nəticələri olacaq. Xarici siyasət baxımından İrəvan kifayət qədər çətin vəziyyətə düşə bilər”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30