xebermen.az

Rusiya səfirindən sülh müqaviləsi ilə bağlı vacib açıqlama: Moskva istəyir ki...

25-11-2024, 10:04

 

Rusiya Ermənistanla Azərbaycan arasında davamlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır.

Bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin "İzvestiya"ya müsahibəsində bildirib.

“Region üçün taleyüklü olan bu sənədin tərəflərdən heç biri üçün “acı dad” vermədən bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması vacibdir. Biz aydın görürük ki, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq, SSRİ-nin dağılmasından sonrakı hadisələri nəzərə alsaq, çətin və vaxt aparan prosesdir.

Moskva hər zaman Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusunun ruhuna və hərfinə uyğun olaraq, ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarımıza yardım göstərməyə hazırdır. Bu cür yardımın formaları və həcmini danışıqlar aparan tərəflər özləri seçməlidirlər.

Bu baxımdan biz şadıq ki, oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə məhsuldar təmaslar baş tutub və bu, münasibətlərin normallaşması üzrə dialoqa faydalı təkan verməyə imkan verib”, - səfir bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30