Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
"Aİ-nin mülki missiyası sərhədin delimitasiyası aparılacaq hissələrində fəaliyyət göstərməyəcək. Bu barədə Azərbaycana təklif vermişik".
Ermənistanın baş naziri Nikol Paşinyan bunu ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
"Azərbaycana bunu təklif etdik: sərhədin delimitasiyası aparılacaq hissələrdən Aİ-nin mülki missiyasını çıxaraq. Delimitasiya aparıldığı yerlərdə müşahidəçilərin saxlanmasına ehtiyac yoxdur", - Paşinyan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: