xebermen.az

Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?

22-11-2024, 14:31

 

Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanis Ayrım, Aşağı Əskipara və Qızılhacılı kəndləri kameralar vasitəsi ilə müşahidə olunur.

Bunu "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı diviziyanın komandiri general-mayor Misir Əliyev deyib.

Onun sözlərinə görə, "Qazax" Əlahiddə Sərhəd diviziyasında 1000-dən çox kamera fəaliyyət göstərir, Gürcüstan və Ermənistanla sərhəddə müşahidələr aparılır.

"İcevan-Tiflis magistral yolu, Noyemberyan-İcevan rayonlarını kameralarla müşahidə edirik.
Diviziya ərazisində sərhədlərin mühafizəsi üçün termal, eləcə də digər kameralardan istifadə olunur. Bu kameralar müşahidə məntəqələrindən izlənilir. Həmçinin, DSX rəisi xidməti otağından bu kameralar vasitəsi ilə nəzarət olunan ərazilərə baxa bilir. Həmçinin sərhəd döyüş məntəqələrinin bütün əraziləri nəzarət altındadır. Ərazidə baş verən dəyişikliklər nəzərə alınır və yeri gəldikdə müdaxilə edilir".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930