xebermen.az

Volodimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

25-05-2025, 18:30

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azad Ukrayna və Azərbaycan həmişə öz münasibətlərini ortaq dəyərlərə, qarşılıqlı dəstəyə, hörmətə və hərtərəfli əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq ruhunda inkişaf etdirməyə çalışmışlar.

Əminəm ki, strateji tərəfdaşlıq münasibətlərinin dinamikası yalnız qorunub saxlanılmayacaq, eyni zamanda, Ukrayna və Azərbaycan xalqlarının maraqları naminə daha da möhkəmləndiriləcəkdir.

Bu gün Rusiyaya qarşı mübarizədə Ukrayna beynəlxalq dəstəyi yüksək qiymətləndirir və biz Azərbaycanın dövlətimizin suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq dəstəkləməsinə, eləcə də humanitar yardım göstərilməsinə görə minnətdarıq.

Bu fürsətdən istifadə edərək, Sizə, çox hörmətli cənab Prezident, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzulayıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30