xebermen.az

Maldivlə sənəd imzalandı: Bu şəxslər vizadan azad edildi

16-11-2024, 10:07

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda maldivli həmkarı Abdulla Xalil ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə iqtisadiyyat, ticarət, turizm və s. sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və xidməti pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”i və “Respublikanın Dövlət Turizm Agentliyi arasında Anlaşma Memorandumu”nu imzalayıblar.

C.Bayramov özünün X səhifəsində sözügedən sənədlərin əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə ümid etdiyini bildirib:

"İnanırıq ki, bu gün vizadan azadolma, o cümlədən turizm sahələrində imzaladığımız sənədlər ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031