xebermen.az

Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR

11-04-2025, 10:03

 

ABŞ-la ticarət münaqişəsi fonunda Avropa İttifaqı və Çin Pekindən alınacaq elektriklə işləyən avtomobillərə rüsumların ləğvi məsələsi ilə bağlı danışıqlar aparmağa razılaşıblar.

Bu barədə “Handelsblatt” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, tariflərin aradan qaldırılması ilə bağlı ilkin razılaşma Avropa komissarı Maroş Şefçoviç və Çinin ticarət naziri Vanq Ventao arasında martın sonunda Pekində keçirilən görüş zamanı əldə olunub.

Növbəti danışıqlarda Çin elektromobilləri üçün minimum qiymətin müəyyən edilməsi və onlardan rüsumların ləğvi imkanları barədə kompromislər nəzərdən keçiriləcək. Nəşr yazıb ki, ittifaq aparıcı Çin istehsalçılarından Avropada təkcə elektromobillərin yığılması zavodları tikməməyi, həm də bütöv sənaye zonaları yaratmağı tələb edib.

“Biz istəyirik ki, onlar təkcə avtomobilləri yığmasınlar, həm də Avropa komponentləri təchizatçılarından sifariş versinlər və texnologiyanın ötürülməsinə icazə versinlər”, - ittifaq diplomatlarından biri deyib.

Xatırladaq ki, 2024-cü ilin iyul ayında Brüssel Çindən gələn elektrik avtomobillərinə 17,4%-dən 37,6%-ə qədər rüsum tətbiq edib. Sonra Avropa Komissiyası beş il müddətində qüvvədə olacaq 35,3%-ə qədər tariflərin tətbiqini təsdiqləyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930