xebermen.az

Bu ölkənin prezidenti çıxış etməyə başladı, Ərdoğan zalı TƏRK ETDİ

12-11-2024, 16:18

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısında liderlərə müraciət edib.

Ərdoğan müsəlman ölkələrini İsrailə qarşı birgə hərəkət etməyə çağırıb.

Sammitin əsas prioriteti Ərəb və İslam ölkələri arasında mövqe birliyi yaratmaqla İsrailə beynəlxalq təzyiqlərin edilməsinə çalışmaq olub.

Ərdoğan Qərb dövlətlərinin Qəzzada qətliam törədən İsrailə verdiyi siyasi və hərbi dəstəyi xatırladıb. O, müsəlman ölkələrinin reaksiya verə bilməməsinin vəziyyəti daha da pisləşdirdiyinə diqqət çəkib.

Türkiyə prezidenti daha çox ölkəni Fələstini tanımağa təşviq etməyin vacibliyinə də diqqət çəkib.

Suriya prezidenti Bəşər Əsədin çıxışı zamanı Ərdoğanın zalı tərk etməsi isə diqqət çəkən məqam olub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930