xebermen.az

Paşinyandan qapalı iclasda etiraf: Əliyev bu tələbindən əl çəkmir, imtina etsək...

11-03-2025, 10:30

 

Cümə günü axşam Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Məclisin hakim partiyadan olan deputatları ilə qapalı iclas keçirib.

Bu barədə Ermənistan mətbuatı yazıb. Rəsmi açıqlamaya görə, qapalı iclasda Azərbaycanla davam edən sülh prosesi ilə bağlı müzakirələr aparılıb.

Mətbuat qapalı görüşün bəzi detallarını əldə edə bilib. Bildirilir ki, qapalı iclasda Paşinyan komanda üzvlərinə deyib ki, sülh prosesi nəticə vermir, Əliyev nə iddialardan, nə də dəhliz tələbindən əl çəkmir, bundan imtina etsək, müharibə qaçılmaz olacaq.

O vurğulayıb ki, bu barədə ictimaiyyəti fəal şəkildə məlumatlandırmaq lazımdır ki, hamı hər şeyi başa düşsün.

Ermənistan mətbuatı onu da bildirir ki, hakim komandanın üzvləri son vaxtlar sərhəd kəndlərinə, xüsusən də Sünikə səfərlər edir. Qeyd olunur ki, onların bu səfərlərdə əsas məqsədi yerli əhalini gələcəkdə baş verəcək proseslə bağlı məlumatlandırmaqdır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30