xebermen.az

Mehridən dəhliz alacaqdıq, amma... - Əliyevdən İrəvana tarixi zərbə

17-02-2025, 20:29

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 1999-cu ildə Azərbaycanla aparılan danışıqlarda “Mehri rayonu ilə Qarabağın barter” edilməsi iddiası haqda çıxış edib.

Ermənistanda son günlər Koçaryanın dövründə Mehrinin Azərbaycana verilməsi qarşılığında Qarabağın Ermənistana birləşdirilməsi iddiaları müzakirə edilir.

Bu məsələ ABŞ Dövlət Departamentinin məxfiliyini ləğv etdiyi sənədlərdə əksini tapır. Plana görə, Mehri və Qarabağın barter edilməsi gündəmdə olub.

Koçaryan bildirib ki, bu məsələ 1999-cu ildə gündəmdə olsa da, rəsmi şəkildə irəli sürülməyib.

“Bu məsələ 2001-ci ildə Ki-Uest danışıqlarında irəli sürülüb. Plana görə Qarabağ Ermənistana birləşdirilməli, Mehri isə Azərbaycana. Azərbaycan suveren hüquqlara malik olan dəhliz əldə edirdi. Bu müzakirə edildi, lakin sonra Bakı bu variantı rədd etdi”, - o bildirib.

Koçaryan hesab edir ki, Mehri mövzusu Ermənistanın hazırki hakimiyyəti tərəfindən məqsədyönlü şəkildə tirajlanıb: “Çünki bu hakimiyyət Azərbaycana Mehdirən istədiyi dəhlizi vermək istəyir”.

2001-ci ildə Ki-Ustdə keçirilən danışıqlarda Mehri və Qarabağ məsələsi gündəmdə idi, lakin rəsmi Bakı bundan imtina etdi, danışıqların birbaşa iştirakçısı olan Koçaryan da bunu təsdiq edir. Həmin vaxt danışıqlar aparan prezident Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev Qarabağı – işğal olunmuş bütün əraziləri azad etdi, suverenliyimiz bərpa olundu və Ermənistanı Mehridən Azərbaycana dəhliz verməklə bağlı öhdəlik götürməyə məcbur etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930