xebermen.az

İrəvan Bakının bu layihəsinə qoşulmaq istəyir - Paşinyan açıqladı

31-01-2025, 10:14

 

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmağa hazır olduğunu bildirib.


Bu barədə o, Ermənistan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunlarına dair gürcüstanlı həmkarı İrakli Kobaхidze ilə keçirilən birgə mətbuat konfransında deyib.


O, regional və regional olmayan layihələrdə inklüzivliyin təmin edilməsinin vacibliyini qeyd edib:


"Bu kontekstdə Ermənistanın Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmaqda maraqlı və hazır olduğunu vurğulayırıq".


Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar. Bu xətt Azərbaycanda istehsal olunan elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930