xebermen.az

Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesi başladı: Bu işlər görülür

23-01-2025, 10:54

Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının 16 yanvar tarixli razılaşmasından sonra şimal istiqamətində delimitasiya işlərinə start verilib.

Bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Məlumata görə, sərhədin şimal istiqamətində delimitasiyanın davam etdirilməsi dünəndən etibarən başlayıb.

“Tavuşdan bizə bildirdilər ki, sərhədlərin müəyyənləşdirilməsi işlərinə dünəndən start verilib. Dünən bir neçə saat ərzində tərəflər ölçmə işlərini həyata keçirilbər”, - nəşr yazır.

Qeyd edək ki, razılaşmaya görə delimitasiya “şimaldan cənuba doğru” aparılacaq. Ötən il Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində 12 kilometrlik hissə delimitasiya edilib. Hazırda bu istiqamətində proses davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031