xebermen.az

Ermənistanın Aİ-yə daxil olub-olmayacağı araşdırılır: "Erməni arzusu" reallaşacaq?

11-01-2025, 22:49

 

Avropa Komissiyası Ermənistanın ölkənin Avropa İttifaqına (Aİ) qoşulması prosesinə başlamaq üçün qanunvericilik təşəbbüsünü öyrənəcək və onu İrəvanla da müzakirə edəcək.

Bunu "RİA Novosti"yə müsahibəsində Avropa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anitta Hipper deyib.

“Biz qanun layihəsini təhlil edəcəyik və onu Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik”, - Hipper deyib.

Qeyd edək ki, yanvarın 9-da Ermənistanın Nazirlər Kabineti respublikanın Avropa İttifaqına üzvlüyünə başlamaq təşəbbüsünü dəstəkləyib. İndi təklif ölkə Milli Assambleyasının aparatına veriləcək. Respublikanın baş naziri Nikol Paşinyan iclasda bildirib ki, Ermənistan Aİ-yə daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə verilə bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistana Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağın nəticələri ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, ölkədə ərzaq və elektrik enerjisi bahalaşacaq, ixrac azalacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930