xebermen.az

İlham Əliyev: Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar

7-01-2025, 21:03

 

Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb.

Bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlətimizin başçısı deyib: "Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub".

Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib: "İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930