xebermen.az

"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat yanvarın sonunda açıqlanacaq

5-01-2025, 20:57

 

Qazaxıstanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq.

Bu barədə Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya aralıq nəticələri elan ediləcək.

Nazirlikdən həmçinin bildirilib ki, qəza ilə bağlı beynəlxalq ekspertlər araşdırması davam edir.

Bununla yanaşı, 13 saylı əlavəyə uyğun olaraq, komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30