xebermen.az

"Harri Potter"in məşhur aktyoru öldü

10-03-2025, 22:11

 

Britaniyalı aktyor Saymon Fişer-Bekker 63 yaşında vəfat edib.

Bu barədə onun agenti Kim Berri Metro.co.uk saytına açıqlamasında bildirib.

Ölümün səbəbi isə məlum deyil.

Berri aktyorun ailəsinə və pərəstişkarlarına başsağlığı verib. O bildirib ki, təkcə müştərisini deyil, həmçinin 15 il ərzində münasibət saxladığı dostunu da itirib.

Agentin sözlərinə görə, aktyor ona olduqca böyük köməklik edib, xeyirxah, həssas və başqalarının problemləri ilə maraqlanan insan olub. Aktyorluq bacarığı ilə yanaşı, Berri Saymonun natiqlik qabiliyyətini də xüsusi qeyd edib.

Saymon Fişer-Bekker 1990-cı ildə "Romanın yeddi təpəsi" filmində "Mağaza meneceri" rolunu oynayaraq filmdə debüt edib. Lakin o, daha çox "Harri Potter və fəlsəfə daşı" filmindəki "Kök keşiş" obrazı ilə şöhrət qazanıb. Aktyor, həmçinin "Doctor Who" ("Doktor Kim") serialında yadplanetli qara bazar alverçisi Dorium Meldovarı da canlandırıb.

Fişer-Bekkerin filmoqrafiyasına 30-dan çox rol daxildir. Kinodan əlavə, o, teatrda da oynayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930