xebermen.az

Azərbaycanda icbari tibbi sığorta haqları artırılacaq? - RƏSMİ

18-09-2025, 09:51

 

Azərbaycan vətəndaşları üçün icbari tibbi sığorta haqlarının gələcəkdə artırılması nəzərdə tutulmur. Hazırda bu barədə “Tibbi sığorta haqqında” Qanuna hər hansı dəyişiklik planlaşdırılmayıb.


Bu barədə İcbari Tibbi Sığorta Agentliyi bildirib.


Qeyd edilib ki, qanuna əsasən, dövlət və neft sektorunda, həmçinin qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar, mülki-hüquqi müqavilələr əsasında iş görən fiziki şəxslər və vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş vətəndaşlar icbari tibbi sığorta haqqı ödəyirlər.


Eyni zamanda, heç bir əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan vətəndaşlar icbari tibbi sığorta haqqından azaddırlar. Bu şəxslərin sığorta haqları dövlət büdcəsi hesabına ödənilir.


Beləliklə, sığorta haqqı ödəyən vətəndaşların hüquqları qorunur, eyni zamanda imtiyazlı qruplar dövlət dəstəyi ilə təmin olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930