xebermen.az

“Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika

7-04-2025, 21:39

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hamilə ölümlərlə bağlı təəccüblü yeni hesabat dərc edib.

Bu hesabata görə, hamiləlik zamanı lazımi qayğı göstərilmədiyi üçün hər iki dəqiqədən bir qadın ölür.

2023-cü ildə dünyada 260 min qadın hamilə olarkən və ya doğuşdan sonrakı 6 həftə ərzində ölüb.

Bu, hər gün 712 qadının həyatını itirməsi deməkdir. Hər saat 30 hamilə və ya yeni doğulmuş qadına lazımi qayğı göstərilmədiyi üçün dünyasını dəyişir. Ən çox ölüm halları Sub-Sahara Afrika ölkələrində baş verir.

Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilə qədər hamiləlik ölümlərinin hər 100 000 nəfərə 71-ə endirilməsi hədəfinin çox geridə qaldığına diqqət çəkib. 2000-ci illə müqayisədə 40 faiz yaxşılaşma olsa da, hər 100 min hamilə qadından 197-si hələ də ölür.

Qeyd olunur ki, ABŞ administrasiyası beynəlxalq yardımı kəsdiyi üçün hamiləlik zamanı ölüm halları daha da artacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930