xebermen.az

Azərbaycanlı Lalə yenə Rusiyanı fəth etdi: Bu dəfə...

21-11-2024, 10:31

 

Azərbaycanlı gimnast Lalə Kramarenko Rusiyada ilin idmançısı seçilib.

“Rusiyanın qüruru” kateqoriyası üzrə 2024-cü il Milli İdman Mükafatının təqdimetmə mərasimində 19 yaşlı idmançı bu ada layiq görülüb..

Mükafat uğrunda hündürlüyə tullanma üzrə Mariya Koçanova və şort-trekçi Yekaterina Aldoşkina da mübarizə aparıblar.

“Bu, təkcə mənim deyil, böyük komandamın qələbəsidir. Xoreoqraflar, rejissorlar, məşqçilər, həkimlərin və şəxsi məşqçilərimin bu uğurda payı var”, - deyə Lalə bildirib.

2024-cü ildə Rusiya çempionatında Kramarenko beş qızıl medal qazanıb. 19 yaşlı idmançı Kazanda keçirilən BRİKS Oyunlarında fərdi çoxnövçülükdə də birinci olub.

Xatırladaq ki, Lalə futbol üzrə Azərbaycan millisinin sabiq qolkiperi, hazırda Moskvanın ÇSKA klubunda qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərən Dmitri Kramarenkonun qızıdır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930