xebermen.az

“Rəqəmsal köçərilər” üçün 5 illik viza: Ölkədə 1 ilə qədər yaşamaq mümkün olacaq

16-04-2026, 18:00

 

Gürcüstan “rəqəmsal köçərilər” üçün xüsusi viza tətbiq etməyə hazırlaşır.

Bu barədə “News Georgia” nəşri məlumat yayıb.

Bildirilir ki, parlament “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, C5 kateqoriyalı, daha çox “rəqəmsal köçəri vizası” kimi tanınan yeni viza növü yaradılır.

Yeni viza çoxgirişlidir. 5 il müddətinə veriləcək və xarici vətəndaşlara Gürcüstanda 12 aya qədər yaşamaq imkanı yaradacaq. Bu imkan əsasən xarici şirkətlər üçün məsafədən çalışan və yüksək gəlirə malik şəxslər üçün nəzərdə tutulub.

Qeyd olunur ki, bu vizadan yalnız “təhlükəsiz ölkələr”in vətəndaşları yararlana biləcək. Eyni zamanda, müraciət edən şəxsin ailə üzvləri - həyat yoldaşı və azyaşlı uşaqları da bu imtiyazdan istifadə edə biləcək.

Dəyişikliklərə əsasən, müraciətlər sürətləndirilmiş qaydada baxılacaq. Bununla yanaşı, imtina üçün yeni əsas da müəyyən edilib - “dövlətin immiqrasiya siyasəti”. Bu əsasla verilən rədd qərarlarından isə apelyasiya şikayəti vermək mümkün olmayacaq.

“Rəqəmsal köçəri vizası”nın rüsumu 20 dollardan (34 manat) 500 dollara (850 manat) qədər dəyişəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930