xebermen.az

Azərbaycan və Ermənistan üçün böyük təhlükə - İrandan gələn “qara buludlar”

15-04-2026, 14:55

 

ABŞ-ın İran limanlarına tətbiq etməyi planlaşdırdığı blokada regionda iqtisadi zəlzələ effekti yaradacaq. Bu qərar təkcə nəhəng dövlətlərə deyil, Azərbaycan və Ermənistana da ciddi zərbə vura bilər.

Bu barədə "CNN" telekanalı "Observatory of Economic Complexity"nin (OEC) son hesabatına istinadən məlumat yayıb.

Bildirilir ki, Vaşinqtonun Tehranın dəniz ticarətini tamamilə kəsmək cəhdi İranın ən böyük ticarət tərəfdaşları olan Çin, Türkiyə, Hindistan və Pakistanla yanaşı, qonşu ölkələri də çətin vəziyyətə salacaq. 2024-cü ilin statistikasına əsasən, Azərbaycan və Ermənistan İran mallarının ən böyük idxalçılarından hesab olunur.

Ekspertlər qeyd edirlər ki, blokada tətbiq olunarsa, İranın əsas ixracat məhsulları olan etilen polimerləri, dəmir filizi, asiklik spirt törəmələri və neft qazının region ölkələrinə tədarükündə kəskin azalmalar olacaq. Bu isə yerli bazarlarda qiymət artımına və bəzi sənaye sahələrində durğunluğa səbəb ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031